Quqeşaşvili AVRO-2024-də

Quqeşaşvili AVRO-2024-də

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili AVRO-2024-ün final mərhələsində iştirak edəcək. O, Gürcüstan millisinin Avropa çempionatı üçün ilkin heyətində yer alıb.

25 yaşlı əlcək sahibi Almaniyaya aparılmağa namizədlər sırasında olan üç qapıçıdan biridir. Bu üzdən də onun yekun siyahıda da qalacağı gözlənilir.

Əsas yığmada 1 matç keçirən Luka Almaniyaya 3-cü qapıçı kimi yollanmağa yaxındır. Onun yer aldığı milli Portuqaliya, Türkiyə və Çexiya ilə eyni qrupda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Pioli “Fənərbaxça”nın maraq dairəsində

Növbəti yazı

“İnter”də yeni rəhbərlik