Haukonqon “Şamaxı”da

Haukonqon “Şamaxı”da

“Şamaxı” heyətinə yeni futbolçu əlavə edib. Klub müdafiəçi Lubeni Haukonqonla müqavilə bağlayıb.

Tərəflər arasındakı razılaşma 1 illik nəzərdə tutulub. Namibiya millisinin üzvü olan Lubeni mərkəz müdafiəçisi mövqeyində çıxış edir.

Qeyd edək ki, 24 yaşlı futbolçunun son klubu Cənubi Afrika Respublikasının “Cape Town Spurs” klubu olub. O, 2021-ci ildən Namibiya millisinə dəvət alır.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt”dan yeni transfer

Növbəti yazı

Cokoviç “1000”ə çatdı