Sürpriz kupon – 08.07.2024
AC Oulu – Seinajoen QOL/QOL
Finlandiya çempionatında yuxarı pillələrdə komandalar az xal fərqiylə güclü rəqabət yaradıb. Lider HJK-dən 3 xal geri qalan qonaqlar hər tur birinci pilləyə yaxınlaşa bilər. 5 gün əvvəl kubok mübarizəsində “Oulu”ya qalib gələn qonaqların eyni nəticəni təkrarlayacağına inanmıram. Məhz bu səbəbdən qol/qol seçimini edirəm.
İnter Turku – Lahti 1
14 turda 15 xal toplayan Turku təmsilçisi mövsümə yaxşı başlamayıb. “Lahti” isə turnir cədvəlində son pillədə qərarlaşıb. Bu mənada “İnter” üçün hər oyun çox əhəmiyyətlidi. Bu matçda meydan sahiblərinin minimal hesabla qələbə qazanacağını proqnozlaşdırıram.
Hafnarfyordur – Akureyri 1 və ÜST3.5
İslandiya çempionatında növbəti turun oyunlarına mərc gəlmək olar. Beşinci pillədə yer alan “Hafnarfyordur” autsayderlər qrupunun sakini ilə qarşılaşacaq. Üç ay əvvəl səfərdə “Akureyri”yə 3-2 hesabıyla qalib gələn meydan sahiblərindən bu dəfə də oxşar nəticəni gözləyirəm.