Qriliş Messidən ilham aldıqlarını bildirdi

Qriliş Messidən ilham aldıqlarını bildirdi

“Mançester Siti” İngiltərə kubokunun 1/8 finalında “Piterboro”nu 2:0 hesabı ilə məğlub edib. Cek Qriliş qalib gəldikləri oyunda vurduğu qoldan sonra danışıb.

Yarımmüdafiəçi Lionel Messinin oynadığı videoya baxaraq ilham aldığını bildirib. O, Fodenlə birlikdə argentinalını izlədiklərini söyləyib:

“Maraqlıdır ki, matçdan əvvəl avtobusda stadiona gedəndə mən Fodenin yanında oturmuşdum və Messinin oynadığı videoya baxırdıq. Qol vurduqdan sonra o mənə yaxınlaşdı və dedi ki, bizim baxdığımız qola bənzəyir”.

ETOPAZ

Əvvəlki yazı

Sabiq prezident “Beşiktaş”ın borcunu bağışladı

Növbəti yazı

İlin ən çox qol vuran futbolçuları