Sabiq prezident “Beşiktaş”ın borcunu bağışladı

Sabiq prezident “Beşiktaş”ın borcunu bağışladı

“Beşiktaş”ın sabiq prezidenti Yıldırım Dəmirörən klubun ona olan borcunu silib. O, həmin pulu “ağ-qaralar”a bağışlayıb.

Hələ 2012-ci ildə klubun borcunu almayacağını bildirən Dəmirörən sözünün üstündə durub. Bununla İstanbul nəhənginin keçmiş rəhbərə 92 milyon lirə borcu bağlanıb. Bu isə təxminən 6 milyon avroya bərabər məbləğdir.

“Beşiktaş”ın hazırkı ümumi borcunun isə 296 milyon avro olduğu bildirilib.

ETOPAZ

Əvvəlki yazı

“Raptors”un çalışdırıcısı: “Anunobinin əməliyyata ehtiyacı yoxdur”

Növbəti yazı

Qriliş Messidən ilham aldıqlarını bildirdi