Qnabri “Real”ın hədəfində

Qnabri “Real”ın hədəfində

“Bavariya”nın yarımmüdafiəçisi Serj Qnabri karyerasını La Liqada davam etdirə bilər. Onunla “Real” yaxından maraqlanır.

“Bavariya” oyunçunu heyətdə saxlamaq niyyətindədir. “Real”dan əlavə “Liverpul”da Serji komandasına cəlb etmək istəyir.

26 yaşlı Qnabrinin Münhen klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir. Almaniya millisinin futbolçusu 2018-ci ildən “Bavariya”da çıxış edir.

Qeyd edək ki, Serj Qnabri bu mövsüm “Bavariya”nın heyətində bütün yarışlarda 44 oyuna çıxıb. O, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

“Mayami”də itki

Növbəti yazı

Svitolina “Rolan Qarros”dan imtina etdi