Qnabri “Bavariya” ilə yeni müqavilə imzalayacaq

Qnabri “Bavariya” ilə yeni müqavilə imzalayacaq

Serj Qnabri “Bavariya” ilə yeni müqavilə ilə bağlı danışıqlar aparır. Cinah oyunçusu klubda qalmaq niyyətindədir.

Futbolçu hazırda ildə təxminən 10 milyon avro qazanır. Lakin o, komandanın cinah oyunçuları Kingsli Koman və Leroy Sane kimi maaşının 15 milyona qədər artırılmasını istəyir. Qnabrinin Münhen klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Həmçinin, 26 yaşlı almaniyalı futbolçunun agentləri “Real”ın marağına baxmayaraq, yalnız “Bavariya” rəhbərliyi ilə əlaqə saxlayır.

Qeyd edək ki, Serj Bundesliqada 28 matçda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

“Toronto” pley-offa vəsiqə qazandı

Növbəti yazı

Mane Cerrardı qabaqladı