Qavi Messini keçdi

Qavi Messini keçdi

“Barselona”nın futbolçusu Qavi yeni rekorda imza atıb. Yarımmüdafiəçi klub tarixinin qol vuran üç ən gənc futbolçusu siyahısına düşüb.

O, La Liqanın XVIII turunun “Elçe” ilə ev matçında (3:2) fərqlənib. Komandasının ikinci qoluna imza atan Qavi 17 yaş 135-ci günündə fərqlənib.

O, bu göstəricidə “Barselona”nın sabiq futbolçusu Lionel Messini (17 yaş 331 gün) keçib. Yalnız Ansu Fati (16 yaş 304 gün) və Boyan Krkiç (17 yaş 53 gün) daha gənc qol sevinci yaşayıb.

ETOPAZ

Əvvəlki yazı

“Detroyt”dan antirekord

Növbəti yazı

“Bavariya”dan Rafinyaya təklif