“Detroyt”dan antirekord

“Detroyt”dan antirekord

“Detroyt” NBA-da ardıcıl 14-cü məğlubiyyətini alıb. Öz meydanında “Hyuston”la görüşən “Pistons” 107:116 hesabı ilə uduzub.

Bununla da detroytlular klub tarixinin ən uzun məğlubiyyət seriyasını təkrarlayıb. Komanda tarixində 3-cü dəfə ardıcıl 14 məğlubiyyət alır.

İlk belə seriya 1979/80 mövsümündə qeydə alınıb. 1993/94 mövsümündə isə həmin antirekord təkrarlanıb.

Eyni uğursuzluğu üçüncü dəfə yaşayan “Detroyt” növbəti matçda “Mayami”ni qəbul edəcək. “Pistons” yenə uduzsa, yeni antirekord qeydə alınacaq.

e-Topaz

Əvvəlki yazı

“Barselona” uğursuz seriyanı qırdı

Növbəti yazı

Qavi Messini keçdi