Qasperinini gözləyən cəza

Qasperinini gözləyən cəza

İtaliyanın “Atalanta” klubunun baş məşqçisi Can Pyero Qasperini cəzalandırılacaq. Mütəxəssisi 20 günlük diskvalifikasiya gözləyir.

Buna Qasperininin antidopinq əməkdaşlarını təhqir etməsi səbəb olub. Onların gözlənilmədən klubun düşərgəsində yoxlama aparmaqlarına mütəxəssis sərt reaksiya verib.

Hələ ötən mövsüm yaşanan bu hadisə ilə bağlı məhkəmə bu gün baş tutacaq. Qasperininin həm oyun, həm məşq prosesindən 20 günlük kənarlaşdırılacağı gözlənilir.

Xatırladaq ki, son vaxtlar tez-tez qalmaqallarda adı hallanan baş məşqçi komandanın sabiq oyunçuları ilə də insident yaşayıb.

ETOPAZ

Əvvəlki yazı

“Leykers”də 2 illik müqavilə

Növbəti yazı

Markus Reşford meydana qayıdır