Markus Reşford meydana qayıdır
İngiltərə millisinin və “Mançester Yunayted”in futbolçusu Markus Reşfordun meydana dönəcəyi vaxt bəlli olub. 23 yaşlı hücumçu yığmaların oyunları ilə əlaqədar fasilədən sonra meydana çıxa biləcək.
AVRO-2020-nin final oyunundan sonra çiynindən əməliyyat olunan Markus bir neçə ay davam edən bərpa prosesini başa vurub. Forvard gələn ayın ortalarında oynamaq üçün tam hazır olacaq.
Bu müddətədək “Mançester Yunayted” daha iki matç keçirəcək. Reşfordun komandası Çempionlar Liqasında “Vilyarreal”, Premyer Liqada “Everton”la üz-üzə gələcək.
Xatırladaq ki, Markus ötən mövsüm 57 oyunda 21 qol vurub.