“Qarabağ”ın mümkün rəqibi müəyyənləşdi

“Qarabağ”ın mümkün rəqibi müəyyənləşdi

Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. “Qarabağ”ın mümkün rəqibi dəqiqləşib.

I təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubu ilə görüşəcək Qurban Qurbanovun yetirmələri bu mərhələni keçsə, “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi ilə iləqarşılaşacaq. “Linkoln” – “Qarabağ” duelinin güclüsü ilk matçı səfərdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək. I təsnifat mərhələsi isə iyulun 11-12-də və 18-19-da baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” üçün 3 ehtimal

Növbəti yazı

“Neftçi” baş məşqçisini istefaya göndərdi