“Qarabağ”ın futbolçusu Polşa klubuna keçib

“Qarabağ”ın futbolçusu Polşa klubuna keçib

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Rahil Məmmədov Polşanın LKS klubuna keçib. Bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

28 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. O, yeni klubuna azad agent kimi qoşulub. Futbolçu karyerasını Polşanın LKS klubunda davam etdirəcək.

Qeyd edək ki, 2018-ci ildə “Qarabağ”a keçən Rahil Premyer Liqada 58 matçda komandanın formasını geyinib və 1 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Super Liqada yeni təyinat

Növbəti yazı

Günün kuponu – 21.01.2024