Günün kuponu – 21.01.2024
Real Betis – Barselona 2,5 Üst
20 oyundan sonra ev sahibi 31 xalla 7-ci pillədə qərarlaşıb. Son ev oyununda “Qranada” üzərində 1-0 qalib gəlib. “Barselona” isə stabil çıxış etmir. Qollar vurub qollar da buraxır. Bu amili nəzərə alıb 2,5 Üst variantını seçirik.
Leççe – Yuventus 2
“Qoca Sinyora” İtaliyanın cənubuna səfərə gedir. Demək olar ki, “Leççe” ilə qarşılaşmalarda elə də böyük çətinliklərlə üzləşmir və çox yaxşı əhval-ruhiyyədədir. Bu oyunda “Leççe” çətin ki, “Yuventus”u dayandırsın. Növbəti qələbə qaçılmazdır.
Borussiya Münhenqladbax – Auqsburq 1
Rəqibləri bir-birindən cəmi 2 xal ayırır. Ev sahibi 17 oyundan sonra 20 xalla 10-cu, qonaq komanda isə 17 oyundan sonra 18 xalla 12-ci yerdədir. Bu oyunda aşkar favorit yoxdur. “Borussiya”nın son oyunlardakı aktivliyi onu göstərir ki, evdə azarkeşləri önündə qələbə şansını qaçırmaz.