“Qarabağ”dan qələbə

“Qarabağ”dan qələbə

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilir. Son gündə “Qəbələ” “Qarabağ”ı qəbul edib.

Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ilk hissədə açılıb. İsnik Alimi 31-ci dəqiqədə fərqlənib. Lakin çox keçmədən ağdamlılar bərabərlik topunu vurub. Ramil Şeydayev penaltini dəqiq yerinə yetirib. İkinci yarıda qonaqlar Musa Qurbanlının qolu ilə hesabda önə keçib. Çox keçmədən Şeydayev dubl müəllifi olub. O, yenidən penalti zərbəsindən fərqlənib – 3:1.

Qeyd edək ki, tura “Neftçi” – “Turan Tovuz” matçı ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Kyellini MLS-də qol hesabını açdı

Növbəti yazı

Mahir Emreli debüt etdi