Mahir Emreli debüt etdi
Türkiyə superliqasında 24-cü turun oyunları keçirilir. “Konyaspor” “Giresunspor”u qəbul edib.
Millimizin üzvü Mahir Emreli görüşə start heyətində başlayıb. O, 58-ci dəqiqədə əvəzlənib. Matçda hesab açılmayıb.
Qeyd edək ki, bu, həmyerlimizin Türkiyə klubunda ilk matçı olub.