“Qarabağ”dan darmadağın

“Qarabağ”dan darmadağın

Azərbaycan Premyer Liqasında 26-cı turun ikinci oyun gününə yekun vurulub. “Qarabağ” öz meydanında “Səbail”lə qarşılaşıb.

“Azərsun Arena”dakı görüş çempionatın lideri ilə autsayderinin dueli kimi yadda qalıb. Meydan sahibləri artıq ilk 45 dəqiqədə matçın taleyini həll edib.

Öncə Elvin Cəfərquliyev hesabı açıb. Fərqi artıran Musa Qurbanlı bombardirlər yarışında vahid liderliyi ələ keçirib.

Ağdamlılar ikinci hissədə fərqi artırıb. Oyunda son nöqtəni Julio Romao qoyub – 3:0.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

1Qarabağ26215064-1568
2Sabah26185357-1859
3Neftçi25164546-2252
4Zirə26107930-3437
5Qəbələ2689930-3233
6Turan Tovuz26761320-3427
7Sumqayıt26561517-4421
8Kəpəz26491325-4721
9Şamaxı25481323-4020
10Səbail26451719-4517

Bombardirlər: Musa Qurbanlı (“Qarabağ”) – 18 qol, Ramil Şeydayev (“Qarabağ”) – 17 qol, Emin Mahmudov (“Neftçi”) – 13 qol, Coy Lens Mikels (“Sabah”) – 13 qol, Aleksey Kaşuk (“Sabah”) – 11 qol

ETOPAZ

Əvvəlki yazı

“Denver”də yeni rekordçu

Növbəti yazı

La Liqada 100-cü qələbə