“Qarabağ”dan ardıcıl 10-cu qələbə

“Qarabağ”dan ardıcıl 10-cu qələbə

Azərbaycan Premyer Liqasında XXI tura start verilib. Turun ilk günü “ASCO Arena”da başlayıb.

Son çempion “Qarabağ” “Səbail”in qonağı olub. İlk yarıda Toral Bayramov penalti zərbəsi ilə hesabı açıb.

Fasilədən sonra Yassin Benzia 11 metrlik cərimə zərbəsi ilə fərqi artırıb. Meydan sahibləri də penalti şansı qazanıblar. Pedro Nuno dəqiq zərbə ilə fərqi minimuma endirib.

Beləliklə, “Qarabağ” ardıcıl 10-cu qələbəsini qazanaraq liderliyini möhkəmlədib.

Qeyd edək ki, tura fevralın 5-də yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”ın “Braqa” üçün heyəti

Növbəti yazı

Masazırda qollu sülh