Masazırda qollu sülh

Masazırda qollu sülh

Azərbaycan Premyer Liqasında XXI turun daha bir matçı keçirilib. İlk oyun günü Masazırda yekunlaşıb.

“Sabah” öz meydanında “Turan Tovuz”u qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Hər iki qol birinci hissənin ilk yarısında vurulub. Öncə Aleks Souza qonaqları hesabda önə çıxarıb. Ardınca Kahim Parris bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, tura fevralın 5-də yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan ardıcıl 10-cu qələbə

Növbəti yazı

Fellainidən vida