“Qarabağ”dan 4 cavabsız qol

“Qarabağ”dan 4 cavabsız qol

Azərbaycan Premyer Liqasında X tur başa çatıb. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə ərəfəsində keçirilən “Zəfər turu”nun son günündə iki matç baş tutub. Hər iki qarşılaşmada qonaqlar qələbə qazanıb.

“Səbail” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüşün taleyi son dəqiqələrdə həll olunub. İki cavabsız qol vuran Elmar Baxşıyevin yetirmələri xal hesabını 18-ə çatdırıb. Bu, “qırmızı-qaralar”ın ikinci pilləyə yüksəlməsi ilə nəticələnib.

Çempionatın lideri “Qarabağ” Sumqayıtda eyniadlı komandanın qonağı olub. Qurban Qurbanovun yetirmələri bu görüşdə böyükhesablı qələbə qazanıb – 4:0. “Sumqayıt”la qarşılaşmadan sonra xal hesabını 23-ə çatdıran Ağdam klubu fasiləyə 5 xallıq üstünlüklə yollanıb.

Xatırladaq ki, turun ilk günündə “Sabah” – “Zirə” (3:3) və “Keşlə” – “Neftçi” (3:2) oyunları keçirilib.

ETOPAZ

Əvvəlki yazı

“Aston Villa” baş məşqçisini istefaya göndərdi

Növbəti yazı

Günün kuponu – 08.11.2021