Günün kuponu – 08.11.2021

Günün kuponu – 08.11.2021

“River Pleyt” – “Patronato” – 2,5 üst

Çempionatın lideri olan “River Pleyt” məhsuldarlığı ilə də diqqət çəkir: 19 oyuna, 38 qol. “Patronato” da orta hesabla hər tur qol vurur. Bu komandaların aralarındakı oyunların statistikası da matçın məhsuldar keçəcəyinə işarə verir. Argentina çempionatında hər zaman riskli variant sayılsa da, bu qarşılaşma üçün 2,5 üstü seçirəm.

“Akademika” – “Rapid Buxarest” – 2

Tərəflər arasında indiyədək keçirilən 8 matçın yalnız birində heç-heçə qeydə alınıb. Qalan 7 görüşün hamısında “Rapid” qalib gəlib. Çempionatda hələ də qələbəsi olmayan “Akademika”nın bu matçda sürpriz edəcəyinə inanmıram. Qələbə ilk “altılığ”a düşməyə can atan “Rapid”ə daha çox lazımdır və fikrimcə, məqsədlərinə çatacaqlar.

“Benfika” – “Braqa” – 1

“Benfika” həm son turlarda, həm də ÇL-də uğursuz çıxış edir. Böyük komandalar bu cür gedişata qısa müddətdə son qoymalıdır. Məncə, “Benfika” da bu tur bunu bacaracaq.

“River Pleyt” – “Patronato” – 2,5 üst – 1,71

“Akademika” – “Rapid Buxarest” – 2 – 2,00

“Benfika” – “Braqa” – 1 – 1,55

Yekun əmsal: 5,30

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Qarabağ”dan 4 cavabsız qol

Növbəti yazı

Sürpriz kupon – 08.11.2021