“Qarabağ” və “Neftçi” ən güclülər arasında

“Qarabağ” və “Neftçi” ən güclülər arasında

Klubların dünya sıralaması müəyyənləşib. IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın iki klubu yer alır.

300 klubun yer aldığı cədvəldə ölkəmizi “Qarabağ” və “Neftçi” təmsil edir. Aktivində 129 xal olan Ağdam təmsilçisi dünyanın 108-cisidir. Qurban Qurbanovun kollektivi “İndependiente”, “Defansa”, və Donetsk “Şaxtyor”u ilə bu pilləni bölüşdürür. Təmsilçimiz “Vest Hem”, “Anderlext”, “Atletik”, “Fiorentina”, “Valensiya” kimi bir çox Avropanın ortabab klublarını qabaqlayır.

“Neftçi” isə 236-cı pillədə yer alır. “Ağ-qaralar”ın aktivində 81,5 xal var.

Reytinqə “Çelsi” başçılıq edir. İngiltərə təmsilçisinin aktivində 310 xal var. Braziliya klubları “Palmeyras” (286 xal) ikinci, “Atletiko Mineyro” (285) üçüncü sırada yer alır. İngiltərənin digər komandası “Mançester Siti” 274 xalla dördüncüdürsə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su 5-ci pillədə qərarlaşıb. Xorvatiyalıların aktivində 262,5 xal var.

ETOPAZ

Əvvəlki yazı

Xavinin komandası 9-a çatdı

Növbəti yazı

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər