Xavinin komandası 9-a çatdı

Xavinin komandası 9-a çatdı

“Barselona” məğlubiyyətsiz oyunlar seriyasını 9-a çatdırıb. Kataloniyalılar Avropa Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la heç-heçə edib (0:0).

La Liqa təmsilçisinin aktivində son 9 oyunda 6 qələbə və 3 heç-heçə var. Yanvarın 20-dən bəri heç bir məğlubiyyəti olmayan “Barselona” sonuncu dəfə “Atletik”ə uduzub (2:3).

Kataloniyalılar növbəti matçını martın 13-də keçirəcək. Xavinin komandası La Liqanın 28-ci turunda “Osasuna” ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” 16 matçdan sonra

Növbəti yazı

“Qarabağ” və “Neftçi” ən güclülər arasında