“Qarabağ” üçüncü mərhələdə
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşləri keçirilib. Təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb.
“Sürix”lə cavab görüşü komandamız üçün uğursuz başlayıb. “Qarabağ”ın kapitanı Maksim Medvedev avtoqol müəllifi olub. Buraxılan qoldan sonra ağdamlılar irəli atılıb. “Köhlən atlar” ikinci hissədə fərqlənə bilib. Kadi Borqes hesabı bərabərləşdirib. Oyunun əsas vaxtına artırılan dəqiqələrdə rəqib qol vurub. Bu top cütü əlavə vaxta aparıb. Birinci əlavə hissənin ortalarında “Qarabağ” bərabərlik qolunu vurub. Ovusu Kvabena adını tabloya yazdırıb – 2:2. Komandaların səylərinə baxmayaraq hesab dəyişməyib.
“Sürix” səddini adlamaqla “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib. Bu isə o deməkdir ki, Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib. Növbəti mərhələdə təmsilçimizin rəqibi “Ferensvaroş” – “Slovan” cütündə bəlli olacaq.