Rəşad Sadıqov: “Bütün diqqətimizi oyuna yönəltmişik”

Rəşad Sadıqov: “Bütün diqqətimizi oyuna yönəltmişik”

“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyununda Təl-Əviv “Makkabi”sinin qonağı olacaq. Oyundan bir gün əvvəl təmsilçimizin baş məşqçisi Rəşad Sadıqovun görüş barədə fikirlərini açıqlayıb.

40 yaşlı mütəxəssis qarşılaşmaya hazırlıqdan danışıb: “Sabah bizi “Makkabi”yə qarşı cavab qarşılaşması gözləyir. Bu, bizim üçün növbəti beynəlxalq oyundur. İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdir. Böyük istəklə, həvəslə oyuna hazırlaşırıq. Düşünürəm ki, komandamız son matçdakı nəticəni artıq unudub. Bütün diqqət və motivasiyamızı sabahkı oyuna yönəltmişik. Məşqlərdən də bunu hiss edirəm. Sabah ən əsası istərdik ki, maraqlı oyun olsun. Rəqibə qarşı əzmkar mübarizə göstərib, yaxşı nəticə ilə səfər görüşündən ayrılaq”.

ETOPAZ

Əvvəlki yazı

Elmar Baxşıyev: “Onları sevindirməyə çalışacağıq”

Növbəti yazı

“Qarabağ” üçüncü mərhələdə