“Qarabağ” qələbə ilə başladı

“Qarabağ” qələbə ilə başladı

Azərbaycan Premyer Liqasında I tur davam edir. Turun ikinci günündə bir oyun baş tutub.

Son ölkə çempionu “Qarabağ” öz meydanında “Səbail”i qəbul edib. Qonaqlar yalnız 41 dəqiqə Qurban Qurbanovun yetirmələrinin hücumları qarşısında tab gətirə bilib.

Fasilə ərəfəsində ağdamlılar iki qol vurub. Musa Qurbanlı 42-ci, Ramil Şeydayev 45+2-ci dəqiqədə fərqlənib. İkinci hissə başlayan kimi Şeydayev dublunu rəsmiləşdirib. Qonaqlar yalnız bir qolun əvəzini çıxa bilib. Elmir Tağıyev 71-ci dəqiqədə qol sevinci yaşayıb. Bununla da “Qarabağ” mövsümə 3:1 hesablı qələbə ilə başlayıb.

Qeyd edək ki, dünən keçirilən “Kəpəz” – “Zirə” matçı ilə start götürən tura avqustun 8-də yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

11-ci final

Növbəti yazı

Neto “Bornmut” yolunda