“Qarabağ” Marseldən məğlub dönür

“Qarabağ” Marseldən məğlub dönür

UEFA Avropa Konfrans Liqasının pley-off matçları keçirilib. Qitə kuboklarında mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” səfərdə “Marsel”in qonağı olub. Avrokuboklar tarixinə qrupdan çıxan ilk təmsilçimiz kimi tarixə düşən Qurban Qurbanovun yetirmələri adlı-sanlı rəqibi ilə səfər matçından məğlub ayrılıb.

“Velodrom” stadionundakı görüş qarşılıqlı hücumlarla başlayıb. Hesabı açmaq üçün ağdamlıların bir neçə şansı olsa da, dəyərləndirə bilməyiblər. Hissənin sonlarında meydan sahibləri üstünlüyü ələ alıb. Arkadiuş Milik 41 və 44-cü dəqiqələrdə iki qol vurub. İlk yarıda hesab arasındakı fərqi azaltmaq mümkün olmayıb.

İkinci hissəyə “köhlən atlar” fəal qoşulub. Epizodların birində Ozobiçin zərbəsi dirəyə tuş gəlib. Yalnız sonlara yaxın fərq azalıb. Patrik Andradenin ötürməsini Kadi Borqes qolla tamamlayıb. Görüşə artırılan dəqiqələrdə rəqib hücuma atılıb. Dimitri Paye 90+2-ci dəqiqədə oyunda son nöqtəni qoyub – 3:1.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 18.02.2022

Növbəti yazı

Mahir Emreli “Dinamo”da debüt etdi