Mahir Emreli “Dinamo”da debüt etdi

Mahir Emreli “Dinamo”da debüt etdi

Mahir Emrelinin yeni komandası “Dinamo” Avropa Liqasında pley-off mərhələsinin ilk oyununu keçirib. Zaqreb klubu İspaniyada “Sevilya”nın qonağı olub.

Xorvatiyalıların matçında ilk dəfə “23-lüy”ə salınan Mahir 58-ci dəqiqədə meydanda daxil olaraq, “Dinamo”nun heyətində debüt edib. Həmyerlimiz oyuna qoşulanda komandası hesabda artıq 1:3 geridə idi. Qarşılaşma elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 24-də Zaqrebdə keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” Marseldən məğlub dönür

Növbəti yazı

Qurban Qurbanov: “Evdə bundan daha yaxşı mübarizə aparacağıq”