“Qarabağ” fasiləyə lider yollandı

“Qarabağ” fasiləyə lider yollandı

Azərbaycan Premyer Liqasında VI tur başa çatıb. Turun son oyunu “Azersun Arena”da baş tutub. Milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranan fasilə ərəfəsindəki son matçda bu turadək məğlub olmayan “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib.

Oyunun taleyi ikinci hissədə həll olunub. İki cavabsız qol vuran Ağdam klubu mövsümdə 4-cü qələbəsini qazanıb. Qurban Qurbanovun yetirmələrinin qollarına 52-ci dəqiqədə Abdullah Zubir, 14 dəqiqə sonra Ramil Şeydayev imza atıb.

Bu qələbədən sonra xal hesabını 14-ə çatdıran “Qarabağ” fasiləyə lider kimi yollanıb. Üç xal geridə qalan “Qəbələ” 3-cü sırada qərarlaşıb.

Xatırladaq ki, növbəti turun oyunları oktyabrın 16-17-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Sinner titulunu qorudu

Növbəti yazı

Salahdan ardıcıl 7-ci qollu oyun