“Qarabağ” Azərbaycan derbisində böyük hesabla qalib gəldi

“Qarabağ” Azərbaycan derbisində böyük hesabla qalib gəldi

Azərbaycan Premyer Liqasında IX tura start verilib. Turun ilk günündə iki oyun keçirilib. Hər iki matç Bakıda baş tutub.

Paytaxt derbisində “Zirə” “Keşlə”ni qəbul edib. Matçın taleyi birinci hissədə həll olunub. Loris Broqno 17-ci, Ağabala Ramazanov 42-ci dəqiqədə qonaqların qapısına yol tapıb.

2:0 hesabı ilə qalib gələn “Zirə” xal hesabını 15-ə çatdırıb. Rəşad Sadıqovun yetirmələri 4-cü sırada qərarlaşıb. Sənan Qurbanovun rəhbərlik etdiyi “Keşlə” isə 7 xalla 7-cidir.

Günə Azərbaycan derbisi ilə yekun vurulub. “Qarabağ”la “Neftçi” arasında görüşün də taleyi ilk yarıda həll olunub. Çempionatın liderlərinin duelində meydan sahibləri böyük hesabla qalib gəlib.

Filip Ozobiç 10-cu və 23-cü dəqiqələrdə iki qola imza atıb. Xorvat yarımmüdafiəçi bununla da qol hesabını 6-ya çatdıraraq bombardirlər yarışında zirvəni ələ keçirib. Digər qola isə 14-cü dəqiqədə Abdullah Zubir imza atıb. Görüşün uzatma dəqiqələrində isə Marko Veşoviç üstünlüyü 4 topa çatdırıb.

4:0 hesablı qələbədən sonra xal hesabını 20-yə çatdıran Qurban Qurbanovun yetirmələri zirvədəki mövqeyini möhkəmlədib. Samir Abbasovlu “Nertçi” rəqibindən üç xal geri qalır.

Xatırladaq ki, tura sabah keçiriləcək “Qəbələ” – “Sabah” və “Sumqayıt” – “Səbail” matçları ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

40-cı final

Növbəti yazı

Günün kuponu – 31.10.2021