“Qarabağ” 6 pillə irəlilədi

“Qarabağ” 6 pillə irəlilədi

Dünya klublarının reytinq siyahısı açıqlanıb. Cədvəldə planetin 657 ən yaxşı komandası yer alıb.

Azərbaycan çedvəldə iki klubla təmsil olunub. Premyer Liqanın liderləri “Qarabağ”la “Zirə” ən yaxşılar siyahısındadır. Ağdam klubunun əmsalı 0,642-yə bərabərdir. Qurban Qurbanovun komandası siyahıda 180-cidir. Azərbaycan çempionu sıralamada 6 pillə irəliləyib.

“Zirə” daha böyük sıçrayış edib. 277 pilləlik irəliləyişə nail olan Rəşad Sadıqovun komandası 0,120 xalla dünyada 384-cüdür.

ETOPAZ

Əvvəlki yazı

“Qalatasaray”da ciddi itki

Növbəti yazı

İspaniya Braziliya ilə qarşılaşacaq