“Qalatasaray”da ciddi itki
“Qalatasaray”da ciddi itki baş verib. Komandanın hücumçusu Mauro İkardi “Trabzonspor”la keçirilən matçı buraxa bilər. Buna səbəb argentinalı futbolçunun Superliqanın 18-ci həftəsində keçirilən “Fənərbaxça” ilə oyunda zədələnməsi olub.
30 yaşlı forvardın əvvəlcə oynayacağı planlaşdırılsa da, vəziyyəti yaxşı olmadığı üçün meydana çıxması çətinləşib. Təcrübəli hücumçunun ağrılarının davam etdiyi və böyük ehtimalla “bordo-mavilər”lə görüşü buraxacağı bildirilib