“Qalatasaray”ın Yoviç planı

“Qalatasaray”ın Yoviç planı

İspaniya “Real”ının futbolçusu Luka Yoviç karyerasını Türkiyədə davam etdirə bilər. 63 milyon avroya transfer olunan, lakin ümidləri doğrultmayan serbiyalı hücumçu “Qalatasaray”ın hədəfindədir. Qış transfer pəncərəsində hücumçu almağı planlaşdıran İstanbul klubu Lukanı heyətinə qatmaq niyyətindədir.

23 yaşlı forvard daha çox oyun praktikası qazanmaq üçün klubunu dəyişmək istəyir. Luka cari mövsüm La Liqada 71, Çempionlar Liqasında 35 dəqiqə şans qazanan Yoviç qola həsrətdir.

ETOPAZ

Əvvəlki yazı

4-cü dəfə finalda

Növbəti yazı

“Çelsi”dən Mendiyə təklif