“Qalatasaray”ın futbolçusuna İtaliyadan təklif

“Qalatasaray”ın futbolçusuna İtaliyadan təklif

“Qalatasaray”ın futbolçusu Aleksandru Çiçaldau karyerasını İtaliyada davam etdirə bilər. A seriyasının daha bir klubu 25 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır.

“Fiorentina”dan sonra “Sampdoriya” da mövsümün sonunda heyətini Rumıniya millisinin üzvü ilə gücləndirmək fikrinə düşüb. “Qalatasaray”da bu ayın sonunda president seçkiləri olacağından, İtaliya təmsilçiləri danışıq aparmaq üçün seçkinin nəticəsini gözləyir. “Sarı-qırmızılılar” bu transferdən 10 milyon avro qazanmağı hədəfləyib.

Qeyd edək ki, Aleksandru Çiçaldaunun “Qalatasaray”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

Vertongen “Beşiktaş”ın gündəmində

Növbəti yazı

Paytaxt klubunda yeni müqavilə