“Qalatasaray”da yeni çalışdırıcı
“Qalatasaray” yeni baş məşqçisini açıqlayıb. Türkiyə klubu sabiq futbolçusu Okan Buruku bu posta təyin edib.
“Cim-bom” 48 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, Buruk ilk mövsümündə 930 min avro maaş alacaq. Gələn ilin yayında onun daha bir il qalması qərara alınsa, həmin vaxt məvacibi 1 milyon avro təşkil edəcək. O, bu postda istefaya göndərilən Domenek Torreni əvəzləyib.