Millimiz 1 pillə irəlilədi

Millimiz 1 pillə irəlilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Yığmamız ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Azərbaycan millisi 128-ci pilləyə yüksəlib. Komandamızın aktivində 1128 xal var. İrəliləyişə səbəb Millətlər Liqasının Belarusla səfər matçındakı heç-heçə və Bakıdakı qələbəsi səbəb olub.

Millətlər Liqasındakı digər rəqiblərimiz – Slovakiya 1439 xalla 51-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 124-cü yeri tutur.

Reytinqin lideri isə dəyişməz olaraq qalıb. Braziliya (1837) siyahıya başçılıq edir. 1821 xala malik Belçika 2-ci, 1770 xalı olan Argentina isə 3-cü pilləyə yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

“Qalatasaray”da yeni çalışdırıcı

Növbəti yazı

Son “Real”ın hədəfində