“Qalatasaray” 3 xalı 3 qolla qazandı

“Qalatasaray” 3 xalı 3 qolla qazandı

Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub. “Qalatasaray” səfərdə “Fənərbaxça” ilə qarşılaşıb.

Görüş qonaqların üstünlüyü ilə başlayıb. Erkən qollar vuran “Cimbom” ilk hissəni öndə tamamlayıb. “Sarı-qırmızılar” ikinci yarıda daha bir dəfə fərqlənib. Meydan sahiblərinin gücü isə yalnız təsəlli qoluna çatıb – 1:3.

Hazırda “Qalatasaray” 18 xalla turnir cədvəlinə başçılıq edir, Joze Mourinyonun komandası isə 13 xalla ikinci yerdədir.

ETOPAZ

Əvvəlki yazı

Norris sıralama turunu lider bitirdi