“Qəbələ”dən qələbə
Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib. İlk oyun günündə bir matç keçirilib.
“ASCO Arena”da baş tutan qarşılaşmada “Səbail” “Qəbələ”ni qəbul edib. Birinci yarının sonlarında Qustavo de Fransa ikinci sarı vərəqəni alaraq meydan sahiblərini azlıqda qoyub. İkinci hissədə isə hakim iki dəfə 11 metrlik cərimə zərbəsi təyin edib. “Qəbələ”də İsnik Alimi, “Səbail”də isə Ağabala Rzayev penaltini dəqiq yerinə yetirib. Matçın sonlarında Ülvi İsgəndərov əyalət təmsilçisinin qələbə topunu vurub – 2:1.
Qeyd edək ki, turun digər matçları sabah və oktyabrın 2-də keçiriləcək.