Safullin yarımfinalda

Safullin yarımfinalda

Dünyanın 104-cü raketkası Roman Safullin Təl-Əvivdə keçirilən turnirin 1/4 finalında Artur Rinderkneşlə qarşılaşıb. O, rəqibinə 1 saat 9 dəqiqəyə qalib gəlib – 6:4, 6:1.

Rusiyalı mövsümdə və karyerasında ikinci dəfə ATP turnirinin yarımfinalına yüksəlib. Bu nəticəyə görə Safullin şəxsi rekordunu yeniləyərək reytinqin 91-ci pilləsinə yüksələcək.

ETOPAZ

Əvvəlki yazı

Tsitsipas yekun turnirə vəsiqə qazandı

Növbəti yazı

“Qəbələ”dən qələbə