“Qəbələ”dən 4 cavabsız qol

“Qəbələ”dən 4 cavabsız qol

Azərbaycan Premyer Liqasında XIV turun daha bir matçı keçirilib. İkinci oyun günü Qəbələdə yekunlaşıb.

Eyniadlı komanda “Turan Tovuz”u qəbul edib. Qarşılaşmada ilk qol fasilə ərəfəsində vurulub. Bilel Auaşeriya qonaqların qapısına yol tapıb.

İkinci hissənin əvvəlində Bilel fərqi artırıb, ardınca Samuel Tetteh fərqlənib. Matçın sonlarında het-trikini rəsmiləşdirən Bilel görüşdə son nöqtəni qoyub – 4:0.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Sakramento”da vida

Növbəti yazı

Halanddan yeni rekord