Halanddan yeni rekord
Erlinq Haland Premyer Liqada 50-ci qolunu vurub. “Mançester Siti”nin hücumçusu bu rəqəmə ən tez çatan futbolçu ünvanına sahib çıxıb.
O, 50-ci qolu 48-ci matçda vurub. Norveçli ulduz Endryu Koulun rekordunu yeniləyib.
Sonuncu buna 65 matçda nail olub. Alan Şirer 66, Ruud van Nistelroy 68, Məhəmməd Salah və Fernando Torres 72-ci görüşdə 100-ü yarılayıb.
Qeyd edək ki, Haland Mançester klubunda ümumilikdə 72 matçda 70 qola imza atıb.