Qəbələdə sülh, “Zirə”dən əzmkar qələbə

Qəbələdə sülh, “Zirə”dən əzmkar qələbə

Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Bu gün cavab oyunları çərçivəsində iki matç baş tutub.

Qəbələdə eyniadlı komanda “Sumqayıt”ı qəbul edib. İsnik Alimi ilk yarıda hesabı açsa da, Araz Abdullayev yeni klubundakı ilk qolu ilə komandasını məğlubiyyətdən xilas edib. Bu bərabərlik ilk görüşdə 1:0 hesablı qələbə qazanan “Qəbələ”ni yarımfinala daşıyıb.

Öz meydanında “Səbail”i 4:0 hesabı ilə məğlub edən “Zirə” səfərdə də qalib gəlib. Bu matçda meydan sahibləri Ruslan Hacıyevin qolu ilə hesabda önə keçsə də, qəsəbə təmsilçisi Ağabala Ramazanov, Təmkin Xəlilzadə və Coşqun Diniyevin fərqlənməsi sayəsində 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, aprelin 20-də və 29-da baş tutacaq yarımfinallarda “Qəbələ” – “Qarabağ” və “Zirə” – “Neftçi” cütləri üz-üzə gələcək.

ETOPAZ

Əvvəlki yazı

Sakkari Dubayda oynamayacaq

Növbəti yazı

Günün kuponu – 14.02.2022