Puşkaşdan sonra ilk dəfə

Puşkaşdan sonra ilk dəfə

Kərim Benzema İspaniya kubokunun yarımfinal mərhələsinin “Barselona” ilə cavab oyununda het-trik edib. Fransalı hücumçu “Real”ın 4:0 hesablı qələbəsində əsas pay sahiblərindən olub.

Təcrübəli forvard Madrid klubunun heyətində “El Klasiko”da son 28 ildə het-trik edən ilk futbolçudur. Buna sonuncu dəfə İvan Samorano nail olub.

Çilili hücumçu 1995-ci ilin yanvarında “Santyaqo Bernabeu”dakı “El Klasiko”da bunu bacarıb. “Nou Kamp”da het-trik edən sonuncu “Real”lı isə Ferens Puşkaş olub. Macar əfsanə 1963-cü ilin yanvarında Barselonada eyniadlı komandaya qənim kəsilib.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”yə daha bir namizəd

Növbəti yazı

Reşford 10 mövsümün rekordunu təkrarladı