PSV Nistelroyu istəyir

PSV Nistelroyu istəyir

PSV baş məşqçi axtarışlarını davam etdirir. Klub bu vəzifəyə əvəzedici komandanın çalışdırıcısı Ruud van Nistelroyu gətirmək istəyir. Bu, gələn mövsüm üçün nəzərdə tutulub.

Klub rəhbərliyi “Mançester Yunayted”in əfsanəsini bu vəzifəyə əsas namizəd hesab edir. “Tvente”, “Şalke”, PSV və “Feyenoord”un keçmiş baş məşqçisi Fred Rutten onun köməkçisi ola bilər.

Eyndhoven təmsilçisinin hazırkı baş məşqçisi Rocer Şmidtin mövsümün sonunda postunu tərk edəcəyi dəqiqdir. Van Nistelroy isə hazırda PSV-2-yə rəhbərlik edir.

ETOPAZ

Əvvəlki yazı

Mbappeyə xüsusi təklif

Növbəti yazı

Fernandinyoya əvəzləyici axtarılır