PSJ “Park de Prens”i tərk edir
PSJ “Park de Prens”i tərk edir. Bunu klubun prezidenti Nasser Əl-Xelaifi açıqlayıb.
O, bu qərarını UEFA İcraiyyə Komitəsinin iclasından sonra bildirib. Klub rəhbəri bunu Paris Şurasının 8 ildir davam edən danışıqlara baxmayaraq, stadionun satışa çıxarılmayacağını təsdiqləyən səsverməsindən sonra deyib.
Əl-Xelaifi mümkün qədər tez yeni arena tikmək üçün bütün mövcud variantları nəzərdən keçirmək niyyətindədir.