“Qarabağ” – “Sabah” oyununda 7 qol

“Qarabağ” – “Sabah” oyununda 7 qol

Azərbaycan kubokunda 1/4 final mərhələsi davam edir. İlk oyunda rəqibini 7:1 hesabı ilə üstələyən “Qarabağ” “Sabah”ı qəbul edib.

Görüş qonaqların üstünlüyü ilə başlayıb. Bakılılar 5-ci dəqiqədə Kristian Da Silva ilə hesabı açıb. İlk yarının ortalarında Jarl Marqarita fərqi 2 topa çatdırıb. Lakin çox keçmədən Hamidu Keyta bu qollardan birinin əvəzini çıxıb. İkinci hissə də məhsuldar alınıb. Öncə İshak Belfodil adını tabloya yazdırıb. Ardından Adama Diakabi fərqi yenidən 1 topa endirib. Əlcəzairli daha bir qol vuraraq dublunu rəsmiləşdirib. Matçda son nöqtəni isə Maruan Haduidi qoyub. O, avtoqol müəllifi olub.

Beləliklə, 3:4 hesabı ilə məğlub olan “Qarabağ” iki oyunun cəmində rəqibini üstələyərək yarımfinala yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

Millimizin rəqibləri bəlli oldu

Növbəti yazı

PSJ “Park de Prens”i tərk edir