PSJ-nin şərti “Yuventus”u qane etmədi

PSJ-nin şərti “Yuventus”u qane etmədi


İtaliya “Yuventus”u Mauro İkardinin keçidi ilə bağlı danışıqlar aparır. Turin təmsilçisi Fransa PSJ-sinin argentinalı hücumçunu transfer pəncərəsinin son günlərində heyətinə qatmağı planlaşdırır. Lakin tərəflər arasında keçidin detallarında fikir ayrılığı yaranıb. Paris təmsilçisi 28 yaşlı cənubi amerikalını sonradan transfer etmək öhdəliyi ilə icarəyə vermək niyyətindədir. Lakin turinlilər bu təkliflə razııaşmır.
PSJ-yə digər İtaliya klubu “İnter”dən keçən İkardi 66 matçda 35 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Olimpiakos”un futbolçusu həbs olundu

Növbəti yazı

Ostapenko və Bredi “US Open”i tərk etdi