PSJ-dən Messiyə cəza
PSJ futbolçusu Lionel Messini cəzalandırıb. Argentinalı ulduz məşqi buraxdığı üçün komanda ilə çalışmalardan kənarlaşdırılıb.
Hücumçu Liqa1-in 33-cü turunun “Loryan”la (1:3) matçından sonra Səudiyyə Ərəbistanına yollanıb. Müqaviləyə əsasən, Messi qələbə və heç-heçədən sonra belə etmək hüququna malik idi.
35 yaşlı hücumçu 2 həftəlik kənarlaşdırılıb. O, “Trua” və “Ayaçço” ilə çempionat matçlarını buraxacaq.