PSJ-də ciddi itkilər

PSJ-də ciddi itkilər

PSJ klubu ciddi itkilərlə üzləşib. Komanda Liqa 1-in 26-cı turunun “Sent-Etyen”lə qarşılaşmasında 3 futbolçusunun xidmətindən məhrum olacaq.

Bunlar müdafiəçi Serxio Ramos və yarımmüdafiəçilər Leandro Paredeslə Ander Erreradır. Hər üç futbolçu zədədən əziyyət çəkdiyi üçün görüşün iştirak ərizəsinə salınmayıb. Onlar gələn həftədən məşqlərə başlayacaq.

Qeyd edək ki, PSJ – “Sent-Etyen” oyunu bu gün keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Nadal 129-cu dəfə həlledici görüşdə

Növbəti yazı

Ukrayna Polşada oynamağa razılıq verdi