Ukrayna Polşada oynamağa razılıq verdi
Ukrayna millisi beynəlxalq oyunlarını Polşada keçirə biləcək. Bu barədə Polşa Futbol İttifaqının prezidenti Sezar Kuleşa məlumat verib.
O, açıqlamasında Ukraynaya bu barədə təklif irəli sürdüklərini bildirib:
“Bu gün mən əziz dostum, UAF prezidenti Andrey Pavelko ilə danışdım. Polşa Futbol İttifaqı adından ona lazım gələrsə, Polşada Ukraynanın matçlarını təşkil etməyi təklif etdim. Ukrayna tərəfi bizim təklifimizi qəbul etdi”.
Qeyd edək ki, bundan əvvəl UEFA Rusiya ilə Ukrayna klublarını və milli komandalarını UEFA-nın himayəsində olan turnirlərin ev oyunlarını neytral meydanda keçirməyə məcbur edib.